525.Az

Əfqanıstan və Pakistan sərhəd qüvvələri arasında toqquşma


 

Əfqanıstan və Pakistan sərhəd qüvvələri arasında toqquşma<b style="color:red"></b>

Əfqanıstan mediası Pakistan sərhədində Xost vilayətinin Mandozai rayonunda münaqişənin baş verdiyini yazıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, münaqişənin Əfqanıstan təhlükəsizlik qüvvələrinin sərhəddə nəzarət-buraxılış məntəqəsi tikməsi səbəbindən baş verdiyi iddia edilib.

Davam edən qarşıdurmada ağır silahlardan da istifadə edildiyi bildirilib.

Əfqan administrasiyası hələlik məsələ ilə bağlı açıqlama verməsə də, sosial şəbəkələrdəki paylaşımlarda tərəflər arasında gərgin qarşıdurma olduğu görülüb.

Malik Atilay 

 





06.09.2024    çap et  çap et