525.Az

Ukrayna: Rusiyanın atdığı 78 PUA-dan 60-ı məhv edilib


 

Ukrayna: Rusiyanın atdığı 78 PUA-dan 60-ı məhv edilib<b style="color:red"></b>

Rusiya ordusunun 78 “Şahed” tipli pilotsuz uçuş aparatı (PUA) ilə Ukraynanın müxtəlif bölgələrinə hücum etdiyi, 60 PUA-nın məhv edildiyi bildirilib.

525.az xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələrinin "Telegram" kanalında verilən yazılı açıqlamada Rusiyanın gecə və səhər saatlarında hava hücumları təşkil etdiyi bildirilib.

Rusiya ordusunun 78 “Şahed” tipli PUA-nı havaya buraxdığı, 60 PUA-nın isə Ukrayna Hərbi Hava Qüvvələri tərəfindən məhv edildiyi bildirilib.

Açıqlamada PUA-lardan ikisinin Rusiyaya qayıtdığı, birinin Belarusa doğru uçuşunu davam etdirdiyi, 15-nin isə Ukrayna ərazisində itdiyi qeyd edilib.

Rusların hücumda “İskəndər-M” tipli ballistik raketlərdən də istifadə etdiyi bildirilib.

Malik Atilay

 





06.09.2024    çap et  çap et