Uelsin Brekon şəhər sakini Endryu Pauell təsadüf nəticəsində sağ qalıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, 57 yaşlı Brekon evinin yaxınlığındakı sahədə kombaynla bilmədən arı yuvasını dağıdıb.
Qəzəblənmiş arılar kişiyə hücum ediblər. Hətta evinin vanna otağında gizlənməyə çalışan fermerdən əl çəkməyiblər.
Brekonun həyat yoldaşı və qonşusu köməyə gəlib. Vaxtında xəstəxanaya çatdırılan fermerə adrenalin və morfin vuran həkimlər onu ölümün pəncəsindən qurtara biliblər.
Qeyd edək ki, tibb işçiləri xəstənin bədənində 240 arı sancması sayıblar. Onlardan təkcə 80-i Brekonun əllərində aşkarlanıb.
L.Tağıyeva
çap et