Noyabrın 5-də keçiriləcək seçkilərdə Respublikaçılar Partiyasının namizədi Donald Tramp Nyu-York İqtisadi Klubunun təşkil etdiyi proqramda çıxış edib.
525.az “CNN TÜRK”ə istinadən xəbər verir ki, Tramp çıxışında noyabrın 5-də keçiriləcək seçkilərdə qalib gəlsə, milyarder İlon Maskın sədrliyi ilə “hökumətin səmərəliliyi komissiyası” yaradacağını bildirib. Həmçinin Tramp Maskın komissiyaya rəhbərlik etməyə razı olduğunu vurğulayıb. Bu açıqlamadan sonra Mask "X" hesabında etdiyi paylaşımda: "Fürsət yaranarsa, Amerikaya xidmət etməyi səbirsizliklə gözləyirəm", - yazıb.
Qeyd edək ki, keçən ay "X"də Trampa verdiyi müsahibədə Mask hökumətdə məhsuldarlıq komissiyası ideyasını irəli sürüb və bu komissiya yaradılarsa "belə bir komissiyaya kömək etməkdən şad olacağını" bildirib.
Ləman İlkin
çap et