525.Az

Durov: "Prinsiplərimizə uyğun gəlməyən bazarlardan imtina etməyə hazırıq"


 

Durov: "Prinsiplərimizə uyğun gəlməyən bazarlardan imtina etməyə hazırıq"<b style="color:red"></b>

"Telegram"ın baş direktoru Pavel Durov avqustun 24-də Fransanın paytaxtı Parisdə saxlanıldıqdan sonra ilk dəfə açıqlama verib.

525.az “CNN TÜRK”ə istinadən xəbər verir ki, Durov Fransa hakimiyyətinin “səhv” olduğunu ifadə edərək ərizəni verən şəxsin ərizədən sui-istifadə etməsinə görə məsuliyyət daşıya bilməyəcəyini bildirib. Durov həmçinin bildirib ki, proqram məxfilik və təhlükəsizlik baxımından uyğun olmayan ölkələri tərk edə bilər.

Durov məxfilik və təhlükəsizlik məsələlərində hansısa ölkə ilə razılaşma əldə olunmasa, onların xidməti dayandıra biləcəklərini və bunu əvvəllər dəfələrlə etdiklərini bildirib. O, İran və Rusiyadan nümunələr gətirib: “Bəzən bir ölkənin tənzimləyici orqanı ilə məxfilik və təhlükəsizlik arasında düzgün balans məsələsində razılaşa bilmirik. Belə hallarda biz o ölkəni tərk etməyə hazırıq. Biz bunu dəfələrlə etmişik. Rusiya bizdən nəzarəti təmin etmək üçün “şifrələmə açarlarını” təhvil verməmizi tələb etdikdə biz bundan imtina etdik və "Telegram" Rusiyada qadağan edildi. İran bizdən dinc etirazçıların kanallarını blok etməyi tələb etdikdə biz bundan imtina etdik və "Telegram" İranda qadağan edildi. Prinsiplərimizə uyğun gəlməyən bazarlardan imtina etməyə hazırıq, çünki biz bunu pul üçün etmirik. Biz yaxşılıq gətirmək və insanların əsas hüquqlarını müdafiə etmək niyyəti ilə hərəkət edirik, xüsusən də bu hüquqların pozulduğu yerlərdə”.

Ləman İlkin

 





06.09.2024    çap et  çap et