Rusiyanın Volqoqrad şəhərində SSRİ-ə məxsus vurulmuş təyyarə tapılıb.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Volqa çayında yerləşən ən böyük ada olan Sarpinskdə axtarış aparan şəxslər "La-5" markalı qırıcı təyyarənin və pilotunun qalıqlarını aşkar ediblər.
Təyyarənin mühərrikinin nömrəsindən onun 437-ci qırıcı aviapolka məxsus olduğu müəyyənləşdirilib. Sonuncu dəfə 1942-ci il sentyabrın 11-də döyüş tapşırığını yerinə yetirən "La-5"in düşmən tərəfindən vurulduğu bilinsə də, qalıqları tapılmamışdı.
Qeyd edək ki, təyyarənin pilotu, 21 yaşlı Sergey İlyin o vaxtdan itkin düşmüş sayılırdı. Hazırda Voronej vilayətinin Novaya Olşanka kəndindən olan pilotun yaxınları axtarılır.
L.Tağıyeva
çap et