525.Az

Kiyev susuz qala bilər


 

Kiyev susuz qala bilər<b style="color:red"></b>

Bu barədə "Kiyevvodokanal"ın direktor müavini Vladimir Kostyuk həyəcan təbili çalıb.

525.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, şəhərin əsas su təchizatı Desna çayıdır. Bu çayda isə çirklənmə yüksək həddə çatıb.
Kostyukun sözlərinə görə, şəhər ən pis vəziyyətə hazır olmalıdır. 

Hazırda şəhərin alternativ su mənbələrindən su ilə təchizatı üzərində işlər gedir. Mümkün variant kimi Dneprovsk stansiyası və artezian  quyular nəzərdən keçirilir.

L.Tağıyeva

 





11.09.2024    çap et  çap et