Rusiyanın Barnaul şəhərində yerləşən heyvan sığınacağında yanğın baş verib.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, vaxtında müdaxilə olunmasına baxmayaraq, sığınacağın 150 kv.m ərazisi tamamilə yanıb.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidən 700-dən çox sahibsiz pişik və iti çıxara bilib.
Hər halda itkisiz də ötüşməyib. 7 pişik alovun qurbanı olub.
Qeyd edək ki, yanğının baş vermə səbəbləri araşdırılır.
L.Tağıyeva
çap et