525.Az

Uçuş zolağında 2 təyyarə toqquşdu


 

Uçuş zolağında 2 təyyarə toqquşdu<b style="color:red"></b>

ABŞ-də Atalanta şəhərinin "Hartfild-Cekson" hava limanında "Delta" aviakompaniyasına məxsus 2 təyyarə toqquşub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Atalanta-Tokio reysi ilə uçmalı olan "Airbus A350"nin quyruq hissəsi La-Fayetə istiqamət götürmək istəyən "Endeavor Air CRJ-900"ə dəyib. 

Hadisə hər iki təyyarə uçuşa hazırlaşarkən baş verib.

Təyyarələr ciddi zədə alsalar da, salondakı sərnişinlər xəsarətsiz ötüşüblər. 

Qeyd edək ki, iki təyyarədə olan ümumilikdə 377 sərnişin başqa təyyarələrlə mənzilbaşına çatdırılıblar.

L.Tağıyeva

 





11.09.2024    çap et  çap et