525.Az

Yeniyetmələr helikopteri yandırdılar


 

Yeniyetmələr helikopteri yandırdılar<b style="color:red"></b>

Hadisə Rusiyanın Noyabrsk şəhər aeroportunda baş verib.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 13 və 14 yaşlı məktəblilər aeroportun ərazisinə daxil olaraq oradakı Mi-8 helikopterinin üzərinə yanıcı maddə töküblər. Daha sonra siqaret çəkən yeniyetmələrdən biri sönməmiş siqaret kötüyünü "quş"a tərəf atıb və partlayış baş verib.

Cinayətkarlar ərazini tərk etsələr də, az sonra ələ keçiblər. Çünki partlayış zamanı hər ikisi yanıq xəsarəti alıbmış.

Yanğın nəticəsində helikopter demək olar ki, tam yanıb. Yalnız quyruq hissəsi salamat qalıb.

Qeyd edək ki, saxlanılanlar bu işi sifarişlə gördüklərini, naməlum şəxslərin onlara 5 milyon rubl boyun olduqlarını bildiriblər.

Yeri gəlmişkən, müəyyən olunub ki, bu uşaqlar bir müddət əvvəl 30 min rubl qarşılığında şəhərdə rabitə qülləsinə də od vurublarmış.

L.Tağıyeva

 





11.09.2024    çap et  çap et