Vyetnamın şimalını təsir edən “Yagi” qasırğasının törətdiyi fəlakət və qəzalarda ölənlərin sayı 14-ə, yaralıların sayı 187-yə yüksəlib, 13 itkin axtarılır.
525.az xarici mediaya istinadən xəbər verir ki, "Yagi" qasırğası səbəbindən ölkənin şimalındakı sahil şəhərlərindən 50 mindən çox insan təxliyə edilib.
Səlahiyyətlilər, qasırğanın yaratdığı fəlakət və qəzalarda həyatını itirənlərin sayının 14-ə, yaralıların sayının isə 187-yə yüksəldiyini açıqlayıb.
Quang Ninh əyalətində böyük dalğalar və güclü külək nəticəsində əksəriyyəti balıqçılara məxsus 25 qayıq aşıb. Suda itən 13 balıqçının axtarış-xilasetmə işləri davam edir.
Qasırğanın təsirinə məruz qalan rayonlarda elektrik enerjisinin verilişində fasilələr yaranıb, nəticədə bir çox transformator və kommunikasiya xətləri zədələnib.
Fırtına həmçinin 3400-dən çox evə və minlərlə hektar kənd təsərrüfatı sahəsinə ziyan vurub.
Vyetnam administrasiyası fırtınadan zərər çəkmiş ərazilərdə xilasetmə əməliyyatları aparmaq üçün minlərlə hərbçi təyin edib.
Malik Atilay
çap et