525.Az

Husilər ABŞ-yə məxsus PUA-nı vurub


 

Husilər ABŞ-yə məxsus PUA-nı vurub<b style="color:red"></b>

Yəməndə İranın dəstəklədiyi husilər ölkənin mərkəzi hissəsindəki Marib əyalətində ABŞ silahlı pilotsuz uçuş aparatını (PUA) vurduqlarını açıqlayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Husilərin Hərbi Sözçüsü Yəhya Seri verdiyi yazılı açıqlamada ABŞ ordusuna aid MQ-9 tipli PUA-nı Marib vilayəti səmasında vurduqlarını bildirib.

Seri, ABŞ PUA-nın Marib səmasında hücum missiyası zamanı husilərin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu bildirib.

Seri vurduqları MQ-9 tipli PUA-ların sayının 8-ə yüksəldiyini bildirib.

Malik Atilay 

 





11.09.2024    çap et  çap et