Ukrayna prezidenti Vladimir Zelenski atəşkəs üçün plan hazırladığını və bunu digər prezidentliyə namizədlərlə, xüsusən də ABŞ-nin hazırkı prezidenti Co Baydenlə bölüşmək istədiyini bildirib.
525.az xarici mediaya istinadən xəbər verir ki, hər il sentyabrın əvvəlində İtaliyanın Komo gölünün sahilindəki Cernobbio qəsəbəsində keçirilən və beynəlxalq hadisələrin müzakirə edildiyi Ambrosetti Forumunda iştirak edən Ukrayna prezidenti Vladimir Zelenski italyan jurnalistlərə Ukrayna-Rusiya müharibəsi ilə bağlı qiymətləndirmələr edib.
Atəşkəs üçün bir planı olduğunu bildirən Zelenski: "Mən bir plan hazırlamışam və Amerikadan asılı olan bəzi məqamlar olduğu üçün bunu ABŞ prezidenti ilə bölüşmək istəyirəm. Ümid edirəm ki, bu planı göstərmək imkanım olacaq. Baydenə və namizədlərə müraciət etsək belə hazırda heç nə paylaşmamışıq", - deyib.
Malik Atilay
çap et