Çinin materik hissəsi "Tayvanın müstəqilliyi"nin inadkar tərəfdarlarını ölkəni parçalamaqdakı fəaliyyətlərinə görə cəzalandırmaq üçün qanun və qaydalara uyğun olaraq əldə edilən bütün məlumatları hərtərəfli araşdıracaq.
525.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikası (ÇXR) Dövlət Şurasının Tayvan məsələləri üzrə ofisinin rəsmi nümayəndəsi Çen Binxua bildirib.
O, ofisin saytında “Tayvanın müstəqilliyi” tərəfdarlarından şikayət edilə biləcək e-poçt ünvanının yer aldığı xüsusi bölmədən danışarkən deyib:
“Bu əlaqə vasitəsi yaradılandan bəri Tayvan boğazının hər iki tərəfindəki bütün həmvətənlər “Tayvanın müstəqilliyi”nə can atan separatçıların cəzalandırılması üçün ədalətli işə dəstək vermək üçün konkret addımlar atıblar. Bu, onların "Tayvanın müstəqilliyinə" qarşı çıxmaq və boğazlararası mübadilə və əməkdaşlığı təşviq etmək üçün ümumi işə həmrəy şəkildə yanaşdıqlarını göstərir”.
Pərvanə Sultanova
çap et