Latviyanın kommersiya banklarının bankomatları rus dilində fəaliyyətini dayandıracaq.
525.az xəbər verir ki, bu, Latviya parlamentinin müvafiq komitəsinin yekun oxunuşunda dəstəklənən kredit təşkilatları haqqında qanuna dəyişiklik təklifindən irəli gəlir.
Bankomatlarda müştəri interfeysinin latış dilində təqdim edilməsi planlaşdırılır, əlavə olaraq cihazlarda Avropa İttifaqı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv dövlətlərin və ya namizəd ölkələrin rəsmi dilləri quraşdırıla bilər. Beləliklə, bankomatlarda artıq rusdili olmayacaq.
Bundan əvvəl, Latviya hakimiyyəti ölkədəki daşınmaz əmlakın ruslara satışına məhdudiyyətlərin tətbiqi imkanlarını gündəmə gətirib. Bu məsələni Latviyanın xarici işlər naziri Bayba Braze Litva, Polşa, Finlandiya və Estoniyadan olan həmkarları ilə müzakirə edib.
Pərvanə Sultanova
çap et