525.Az

BMW 1,5 milyon avtomobilini geri çağıracaq


 

BMW 1,5 milyon avtomobilini geri çağıracaq<b style="color:red"></b>

Münhendə yerləşən avtomobil istehsalçısı BMW Group, əyləc sistemindəki problemlərə görə 1,5 milyon avtomobili geri çağıracağını açıqlayıb.

525.az xarici mediaya istinadən xəbər verir ki, Münhendə yerləşən avtomobil istehsalçısı BMW Group 2024-cü maliyyə ili üçün gözləntilərini qarşılamayıb.

Bu çərçivədə 1,5 milyon avtomobilin təsirləndiyini və əyləc sistemindəki problemlər səbəbiylə geri çağırılacağını açıqlayan şirkət, zəmanət xərclərində artım olacağını açıqlayıb. Bu açıqlamadan sonra BMW-nin səhmlərindəki azalma 11 faizi ötüb.

BMW həmçinin Çində tələbin durğunluğu səbəbindən satışlarının təsirləndiyinə və istehlakçı tələbinin zəif qaldığına diqqət çəkib.

Malik Atilay 

 





12.09.2024    çap et  çap et