525.Az

ABŞ-də haqsız yerə həbs edilən şəxsə 50 milyon dollar təzminat ödəniləcək


 

ABŞ-də haqsız yerə həbs edilən şəxsə 50 milyon dollar təzminat ödəniləcək<b style="color:red"></b>

ABŞ-nin Çikaqo şəhərində haqsız yerə qətlə görə mühakimə olunan və həbs edilən Marsel Brauna 50 milyon dollar təzminat ödəniləcək.

525.az xarici mediaya istinadən xəbər verir ki, 18 yaşında adam öldürməkdə təqsirli bilinərək həbsxanaya düşən Braun 2018-ci ildə günahsız olduğu üzə çıxdıqdan sonra təxminən 10 il sonra azadlığa buraxılıb.

34 yaşlı Braun azadlığa çıxdıqdan sonra açdığı məhkəmədə qalib gəlib. Müvafiq olaraq, Brauna 50 milyon dollar təzminat ödəniləcəyi bildirilib.

İş materiallarına görə, vəkili Braunun qətldə ittiham olunduğu məhkəmə prosesində onun konstitusion hüquqlarının pozulduğunu iddia edib.

Braunun nəzarətə alınarkən vəkil və ya ailəsi ilə danışmasına icazə verilmədiyi, Braunu dindirən səlahiyyətlilərin onu bir gün ərzində sorğu-sual edərək yalan ifadə verməyə məcbur etdiyi də iddia edilib.

Qərar açıqlandıqdan sonra Dirksen Federal Məhkəməsi qarşısında mətbuata açıqlama verən Braun: "Ailəm və mənim üçün ədalət nəhayət yerini tapdı", - deyib.

Malik Atilay 

 





12.09.2024    çap et  çap et