Həbsxanalardakı sıxlığı azaltmaq üçün İngiltərə və Uelsdə təxminən 1750 məhbusun vaxtından əvvəl azad ediləcəyi açıqlanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Britaniya hökuməti həbsxanalardakı həddən artıq sıxlığı azaltmaq üçün nəzərdə tutulan planın bir hissəsi olaraq cinsi cinayətlər, ciddi zorakılıq və terrorizm cinayətləri və məişət zorakılığı ilə bağlı bəzi cinayətlər istisna olmaqla, təxminən 1750 məhbusun vaxtından əvvəl azad ediləcəyini açıqlayıb.
Belə ki, 5 ildən az müddətə azadlıqdan məhrum edilən cinayətkarlar cəzalarının yarısını deyil, 40 faizini başa vurduqdan sonra azadlığa çıxacaqlar.
Malik Atilay
çap et