Rusiya Müdafiə Nazirliyi Rusiya ordusunun Donetsk vilayətinin Qalitsynovka, Qriqorovka, Krasnoqorovka və Vodyanoye yaşayış məntəqələrini ələ keçirdiyini açıqlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, nazirlikdən verilən açıqlamada Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı hərəkətləri barədə məlumat verilib.
Rusiya ordusunun Ukraynada cəbhədə irəliləyişini davam etdirdiyi bildirilən bəyanatda: “Mərkəzi Hərbi Qrupların birlikləri fəal hərəkətləri nəticəsində Donetsk Xalq Respublikasının Qalitsynovka, Qriqorovka, Krasnoqorovka və Vodyanoye qəsəbələrini azad edib”, - deyə bildirilib.
Açıqlamada son 24 saatda 175 pilotsuz uçuş aparatının (PUA) məhv edildiyi, Fransa istehsalı olan Hammer və ABŞ istehsalı olan HIMARS raketlərinin də havada zərərsizləşdirildiyi bildirilib.
Malik Atilay
çap et