Braziliya polisi Amazon meşələrindən qeyri-qanuni yolla çıxardıqları 3,1 tondan çox qızılı yumağa çalışan dəstə üzvlərinə basqın edib və çoxlu sayda dəstə üzvünü saxlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Braziliya polisinin verdiyi açıqlamada ölkənin şimalındakı Para əyalətində yerli Yanomami bölgəsindən qeyri-qanuni yollarla qızıl çıxaran cinayət təşkilatının üzvü olduğu düşünülən çox sayda şəxsə qarşı basqın təşkil edildiyi ifadə edilib.
Açıqlamada, federal məhkəmənin aldığı icazə çərçivəsində 33 yerdə reyd keçirildiyi və 13 nəfər haqqında həbs qərarı çıxarıldığı qeyd edilib.
Basqınların Amzons, Roraima və Mato Grosso, eləcə də Para əyaləti kimi bir çox bölgədə həyata keçirildiyi və təxminən 3,1 ton qeyri-qanuni hasil edilmiş qızılın yuyulmasından əldə edilən yüz milyonlarla dollar dəyərində aktivin məhv edildiyi bildirilib.
Qeyd edək ki, basqınlar zamanı bir çoxu sənədsiz olan begemot, zürafə, camış və şir baş kolleksiyaları da müsadirə edilib.
Malik Atilay
çap et