525.Az

Şimali Koreya ballistik raket buraxıb


 

Şimali Koreya ballistik raket buraxıb<b style="color:red"></b>

Şimali Koreya Yapon dənizinə doğru naməlum ballistik raket atıb.

525.az xəbər verir ki, bu barədə “Renhap” məlumat yayıb.

Lakin raketin uçuş məsafəsi və hündürlüyü barədə hər hansı informasiya verilməyib.

Yaponiya Sahil Mühafizəsindən isə bildirilib ki, böyük ehtimalla, raket artıq düşüb.

Qeyd edək ki, daha əvvəl Şimali Koreyanın lideri Kim Çen In bəyan etmişdi ki, respublikanın yaradılmasının 76-cı ildönümü münasibətilə ölkənin silahlı qüvvələri təhlükəsizlik maraqlarını qorumaq üçün istənilən vaxt nüvə potensialından istifadə etməyə hazır olmalıdır.

İbrahim Cəfərov

 





12.09.2024    çap et  çap et