525.Az

Ukrayna İtaliyadan istismardan çıxarılan hərbi texnika istəyib


 

Ukrayna İtaliyadan istismardan çıxarılan hərbi texnika istəyib<b style="color:red"></b>

Ukrayna istismardan çıxarılan İtaliya hərbi texnikasının tədarükündə maraqlıdır.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa italiyalı həmkarı Antonio Taayani ilə söhbətində bildirib.

Həmçinin tərəflər yeni hərbi yardım paketinin verilməsinin sürətləndirilməsini və Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsini müzakirə ediblər.

Xatırladaq ki, Ukrayna hakimiyyəti tez-tez tərəfdaşlarını hərbi yardımı gecikdirməkdə ittiham edir. Hətta bir neçə dəfə prezident Vladimir Zelenski cəbhədə lazımi nəticələrin əldə edilməməsini bu amillə əlaqələndirib.

İbrahim Cəfərov

 





12.09.2024    çap et  çap et