|
|
|
|
Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində Mərkəzin müdiri Prof. Dr. Tarek Mohammad Azərbaycan Dillər Universitetinin dekan, müəllim və tələbə heyəti ilə görüş keçirib.
Mərkəzdən 525.az-a verilən məlumata görə, görüşdə ADU-nun tərcümə fakultəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Bənövşə Məmmədova, İdarə Heyətinin üzvü Nəsimi Həsənov, universitetin tərcümə və regionşünaslıq fakultəsinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Ülviyyə Hüseynova və fakultənin tələbələri iştirak ediblər.
Mərkəzin müdiri Tarek Mohammad qonaqları salamlayaraq görüş üçün universitetin rektoru akademik Kamal Abdullayevə öz dərin təşəkkürünü bildirib. O, tələbələrlə səmimi söhbət edib, qonaqları mərkəzin fəaliyyəti ilə yaxından tanış edib.
Fakultənin dekanı Bənövşə Məmmədova çıxışında universitetin rektoru akademik Kamal Abdullayevin salamlarını çatdırıb, universitetlə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi arasındakı əlaqələrin möhkəmlənməsi və tədbirlərin təşkili ilə bağlı təkliflər irəli sürüb.
Sonda qonaqlarla xatirə şəkli çəkilib.
Pərvanə