525.Az

Azərbaycan millisi Türkiyə ilə yenidən qarşılaşdı


 

Azərbaycan millisi Türkiyə ilə yenidən qarşılaşdı  <b style="color:red"></b>

Türkiyədə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ikinci yoldaşlıq görüşünü keçirib.

QOL.az xəbər verir ki, U-17 hazırlıq çərçivəsində Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Kocaeli şəhərindəki “Darıca” stadionunda keçirilən matç 0:0 hesablı bərabərliklə yekunlaşıb.

Qeyd edək ki, bu komandalar arasında sentyabrın 9-da təşkil edilən ilk oyunda Türkiyə yığması 4:0 hesablı qələbə qazanıb.

 





12.09.2024    çap et  çap et