525.Az

Sığınacaqdan qaçan pinqvin 30 km aralıdan tapıldı


 

Sığınacaqdan qaçan pinqvin 30 km aralıdan tapıldı<b style="color:red"></b>

Yaponiyada sığınacaqdan qaçan pinqvin 2 həftə sonra 30 km aralıdan tapılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Himaka adasında xüsusi torla əhatələnmiş ərazidə üzən pinqvin hansısa yolla okeana çıxa bilib.

Ömrü boyu azadlıqda yaşamayan 6 yaşlı "Pen-tyan" ləqəbli pinqvinin okeanda sağ qalmayacağından əmin olan işçilər 2 həftə boyunca onu axtarıblar.

Sonda sahildən 30 km məsafədə tapılan quş sığınacağa qaytarılıb.

Qeyd edək ki, "Pen-tyan"ı müayinə edən veterinarlar onun tam sağlam olduğunu və hansısa xəsarət almadığını bildiriblər.

L.Tağıyeva

 





12.09.2024    çap et  çap et