525.Az

Çin və Braziliya Ukraynaya dair sülh planı təklifindən imtina ediblər


 

Çin və Braziliya Ukraynaya dair sülh planı təklifindən imtina ediblər<b style="color:red"></b>

İsveçrə Çin və Braziliyaya Ukraynadakı münaqişənin sülh yolu ilə həlli planını təqdim etmək üçün platforma yaratmağı təklif edib. Lakin tərəflər bundan imtina ediblər.

525.az xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Pyer-Alen Elçinqer bildirib.

Onun sözlərinə görə, Çin və Braziliya arasında plan ötən ilin yayında İsveçrədə keçirilən sülh sammitində müzakirə olunmayıb: “Lakin biz Çin və Braziliyaya öz fikirlərini bildirmək üçün platforma təklif etmişik. Hər iki ölkə hazırda bunu etmək istəmir”.

Bundan əvvəl Braziliyanın “Metropoles” nəşri ilə söhbətində Vladimir Zelenski Braziliya və Çinin Ukrayna münaqişəsini həll etmək planını “dağıdıcı” adlandırıb. O deyib ki, Braziliya hökuməti Ukrayna münaqişəsinin həllində Rusiyanı dəstəkləyir.

Öz növbəsində, Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədr müavini Andrey Klimov bildirib ki, Zelenski Çin və Braziliyanın sülh təşəbbüsünü rədd edib, çünki bu, münaqişəyə son qoymaqda Qərbin maraqlarına cavab vermir.

Pərvanə Sultanova

 





12.09.2024    çap et  çap et