525.Az

Ukraynada 29 yaşayış məntəqəsindən uşaqlar çıxarılır


 

Ukraynada 29 yaşayış məntəqəsindən uşaqlar çıxarılır<b style="color:red"></b>

Xarkov vilayətinin Kupyansk şəhəri ətrafında 29 yaşayış məntəqəsindən uşaqlar məcburi evaukasiya ediləcək.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə regionun hərbi adminstrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.

Bu gün qəbul olunan qərarda Kupyanskdan 158, Kondraşovskdan 70, Kurilovskdan 41 - ümumilikdə 269 uşağın təhlükəsiz ərazilərə çıxarılacağı nəzərdə tutulub.

Yeri gəlmişkən, Volçansk və Lipçevskdən 15 mindən çox sakin evakuasiya edilib ki, onların da 1282-i uşaqlardır.

Qeyd edək ki, bu ayın əvvəlində Krasnoarmeysk rayonunun 31 yaşayış məntəqəsindən uşaqlar tam evakuasiya edilmişdi.

L.Tağıyeva

 





12.09.2024    çap et  çap et