Nigeriyanın şimal-şərqindəki Maidquri şəhərində bir milyon insan şiddətli daşqınlardan zərər çəkir.
525.az “TRT Haber”ə istinadən xəbər verir ki, Borno əyalətinin qubernatoru Babaqana Zulum daşqınlardan bir milyon insanın təsirləndiyini söyləyib.
Axtarış-xilasetmə işlərinin davam etdiyini bildirən Zulum, 100 mindən çox insanın evlərindən didərgin düşdüyü məlumatını paylaşıb. Zulum bildirib ki, hökumət fövqəladə hallara cavab vermək üçün tibbi heyət yaratmağı planlaşdırır və hazırda daşqından zərər çəkən ailələrə ərzaq və maddi yardım edir.
Ləman İlkin
çap et