525.Az

Belçikanın Şarlerua hava limanında tətil: Bütün uçuşlar ləğv edilib


 

Belçikanın Şarlerua hava limanında tətil: <b style="color:red">Bütün uçuşlar ləğv edilib</b>

Belçikanın Şarlerua hava limanında işçilərin tətili səbəbindən bütün reyslər ləğv edilib. Charleroi Hava Limanının rabitə bölməsi işçilərin bu gün tətilə çıxdığını, buna görə də bütün uçuşların ləğv edildiyini açıqlayıb.

525.az “TRT Haber”ə istinadən xəbər verir ki, dünən hava limanının rəhbərliyi sentyabrın 12-də tətil olacağı və xidmətlərdə fasilələr olacağı barədə xəbərdarlıq edib və sərnişinlərdən uçuşların vəziyyətini diqqətlə izləmələrini istəyib.

Tətil səbəbindən bəzi uçuşların ləğv ediləcəyi və yerüstü xidmətlərdə fasilələrin olacağı gözlənilsə də, bütün uçuşların ləğv ediləcəyi nəzərdə tutulmurdu.

Qeyd edək ki, tətilin səbəbi işçilərin iş şəraitinin yaxşılaşdırılmasını, həddindən artıq yüklənmənin azaldılmasını və rəhbərliyin sərt münasibətini dəyişməsini tələb etmələri olub.

Ləman İlkin

 





12.09.2024    çap et  çap et