1990-2000-ci illərdə Peruya başçılıq etmiş Alberto Fuhimori dünən 87 yaşında dünyasını dəyişib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ilk olaraq onun qızı Keyko Fuhimori sosial şəbəkə hesabında məlumat yayıb.
Eks-prezidentin ölüm səbəbi xərçəngidir.
Qeyd edək ki, Alberto Fuhimori hakimiyyətdən getdikdən sonra insan haqlarını pozduğuna və korrupsiya əməllərinə görə 25 illik həbs cəzası almış, 2017-ci ildə əfv olunsa da, yalnız ötən ilin sonlarında azadlığa buraxılmışdı.
L.Tağıyeva
çap et