525.Az

Litvanın xarici işlər naziri Kiyevə gəldi


 

Litvanın xarici işlər naziri Kiyevə gəldi<b style="color:red"></b>

Litvanın xarici işlər naziri Qabrielyus Landsberqis Kiyevə gəlib.

525.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində paylaşım edib. Bu, müharibə başladıqdan sonra Landsberqisin Ukraynaya sayca 9-cu səfəridir.

O, qatarla gəlişinin və Ukrayna rəsmiləri ilə görüşünün videosunu sosial şəbəkə hesabında paylaşaraq yazıb: “Mən yenidən Kiyevdəyəm, çünki dostlar məhz bunun üçün lazımdır”.

Bildirilir ki, Ukraynaya səfəri zaman Qabrielyus Landsberqis hərbi əməliyyatların gedişini, Qərbin gələcək hərbi dəstəyini, həmçinin Ukraynanın Aİ və NATO-ya inteqrasiyasını müzakirə etmək üçün ölkə rəhbərliyi ilə görüşəcək. İki ölkənin nümayəndələri birgə layihələri də müzakirə etməyi planlaşdırırlar.

İbrahim Cəfərov

 





13.09.2024    çap et  çap et