Sentyabrın 13-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda Çinli alimlərlə görüş keçirilib. Çin Sosial Elmlər Akademiyası nəzdində Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya Tədqiqatları İnstitutunun Çoxtərəfli və regional əməkdaşlıq departamentinin direktoru Li Yonghuinin rəhbərliyi altında Çin alimlərindən ibarət nümayəndə heyətini ETN İqtisadiyyat İnstitutunun baş direktoru, professor Nazim Müzəffərli (İmanov) qəbul edib.
Prof. N.Müzəffərli qonaqlara İqtisadiyyat İnstitutunun əsas fəaliyyət istiqamətləri, həyata keçirilən fundamental elmi tədqiqatlar, dövlət qurumları ilə əməkdaşlıq, həyata keçirilən layihələr barədə geniş məlumat verib.
525.az xəbər verir ki, görüş zamanı Çinin elmi mərkəzləri ilə əməkdaşlığın və əlaqələrin genişləndirilməsi imkanları, habelə Çin-Azərbaycan siyasi və iqtisadi əlaqələri, potensial imkanlar, işğaldan azad olunmuş ərazilərimizin ölkənin mövcud sosial-iqtisadi sisteminə reinteqrasiyası və digər məsələlər etrafinda müzakirələr aparılmışdır.