Son zamanlar Apennin yarımadasında vətəndaşların həkimlərə və sanitarlara qarşı aqressiv hərəkətləri artıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, son bir neçə gündə İtaliyanın müxtəlif bölgələrində 4 dəfə tibbi personala hücum faktı qeydə alınıb.
Ən çox rezonans doğuran hadisə Foca şəhərində qeydə alınıb. 23 yaşlı xəstənin əməliyyat zamanı dünyasını dəyişməsindən sonra, onun yaxınları xəstəxanada elə bir qarmaqarışıqlıq salıblar ki, tibbi personal sağ qalmaq üçün paltarların birində sözün həqiqi mənasında barrikada qurmalı olub.
Bənzər hadisələr yetərincədir. Baş verənlərdən sonra İtaliya Həkimlərin Milli Federasiyasının prezidenti Filippo Anyelli baş nazir Corc Meloniyə müraciət ünvanlayıb. O, hökumətdən tibb müəssisələrinin təhlükəsizliyinə ordunun cəlb olunmasını xahiş edib.
Yeri gəlmişkən, bu günlərdə İtaliya Senatında yeni qanun qəbul olunub. Qanuna görə, aqressiv pasientlər pulsuz müalicədən 3 il müddətinə yararlana bilməyəcəklər.
L.Tağıyeva