525.Az

İranın Xəzər dənizindəki ballistik raketləri


 

İranın Xəzər dənizindəki ballistik raketləri<b style="color:red"></b>

İranın ballistik raketlərini daşımaqda şübhəli bilinən Rusiya gəmisi Xəzər dənizindəki limanda görüntülənib. CNN International “Port Olya 3” adlı gəminin peyk görüntülərini paylaşıb. 

525.az “CNN TÜRK”ə istinadən xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken bu yaxınlarda bəyan edib ki, Rusiya indi bu ballistik raketlərin tədarükünü alıb: “Rusiya indi bu ballistik raketlərin tədarükünü alıb və çox güman ki, onlardan bir neçə həftə ərzində Ukraynadakı ukraynalılara qarşı istifadə edəcək”. 

Qeyd edək ki, gəmi izləmə məlumatlarına görə gəmi bundan əvvəl avqustun 29-da İranın Əmirabad limanında olub. Bir müddət sonra o, transponderini söndürüb.

Ləman İlkin

 





13.09.2024    çap et  çap et