525.Az

ABŞ Dmitri Kiselyov və “Rossiya Seqodnya”ya qarşı sanksiyalar tətbiq edib


 

ABŞ Dmitri Kiselyov və “Rossiya Seqodnya”ya qarşı sanksiyalar tətbiq edib<b style="color:red"></b>

ABŞ Maliyyə Nazirliyi “Rossiya Seqodnya” media qrupuna və onun baş direktoru Dmitri Kiselyova, həmçinin “TV-Novosti” və “Avrasiya” QHT-sinə qarşı sanksiyalar tətbiq edib.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin yazılı açıqlamasında deyilir.

ABŞ Maliyyə Nazirliyi “Rossiya Seqodnya” media qrupu və "TV-Novosti" ilə əməliyyatları noyabrın 13-nədək başa çatdırmaq üçün son tarix qoyub.

“Avrasiya” QHT-nin direktoru Nelli Parutenkoya da məhdudiyyətlər qoyulub.

Məsələyə münasibət bildirən ABŞ dövlət katibi Antoni Blinken isə "RT əməkdaşlarının hərbi təchizatla və kəşfiyyat orqanlarına müxtəlif yardımlarla məşğul olduğunu öyrəndik", - deyə bildirib.

Onun sözlərinə görə, telekanalın xüsusi xidmət orqanları ilə əlaqələri var.

 





13.09.2024    çap et  çap et