525.Az

Blinken Azərbaycanla Ermənistan arasında davamlı və layiqli sülhün vacibliyini vurğulayıb


 

Blinken Azərbaycanla Ermənistan arasında davamlı və layiqli sülhün vacibliyini vurğulayıb<b style="color:red"></b>

ABŞ Dövlət katibi Antoni Blinken Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı Azərbaycanla Ermənistan arasında davamlı və layiqli sülhün vacibliyini bir daha təsdiqləyib.

525.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı məlumatda deyilir. Bildirilir ki, Blinken tərəflər arasında son irəliləyişləri, o cümlədən sərhədlərin delimitasiyasının tənzimlənməsinə dair razılaşmanı alqışlayıb.

Tərəflər həmçinin ABŞ-Ermənistan münasibətlərinin genişlənməsinə dair müzakirə aparıblar.

 





14.09.2024    çap et  çap et