525.Az

Azərbaycan Qran-prisində ikinci günə start veriləcək -  Formula 1


 

Azərbaycan Qran-prisində ikinci günə start veriləcək - <b style="color:red"> Formula 1</b>

Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci günə start veriləcək.

525.az xəbər verir ki, ilk olaraq pilotlar üçüncü sərbəst yürüşdə iştirak edəcəklər.

Ardınca "Formula 2"də sprint yarışı keçiriləcək.

Günün sonunda isə birinci dərəcəli sürücülər sıralama turuna qatılacaqlar.

Azərbaycan Qran-prisi: İkinci günün proqramı

14 sentyabr

12:30. "Formula 1": Üçüncü sərbəst yürüş

14:15. "Formula 2": Sprint yarışı

16:00. "Formula 1": Sıralama turu

Qeyd edək ki, Bakıdakı yarış sentyabrın 15-də başa çatacaq.

 





14.09.2024    çap et  çap et