Cari ilin yanvar-avqust aylarında Azərbaycanın neft-qaz sektoruna 3 730,7 mln. manat həcmində vəsait yönəldilib.
525.az-a bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qeyd olunur ki, 2023-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 0,94% azalıb.
Xatırladaq ki, ötən il Azərbaycanın neft-qaz sektoruna 6 265,5 mln. manat həcmində vəsait yönəldilib. 2022-ci ilin göstəricisi ilə nisbətən ötən il neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 10,9% artıb.