|
|
|
|
Sentyabrın 14-də “Bilik-günü”nə həsr olunan II dərəcə uğrunda təsnifat yarışının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə bildirilib ki, yarışların keçirilməsində məqsəd şahmatın təbliği, onların asudə vaxtlarının səmərəli təşkili məqsədi daşıyıb.
Profesional məşqçi, "FİDE Master" dərəcəsinin sahibi, şahmat müəllimi Rüfət Quliyev bildirib ki, şahmat səbr, təmkin və zəhmət tələb edən bir idman növüdür. Şahmatçı olmaq üçün istedadın olması şərtdir: “Təbii ki, hər şey istedadla düzəlmir. Şahmat səbr, təmkin və zəhmət tələb edən bir idman növüdür. Taxta arxasında əyləşməyi bacarmalısan. Ən vacibi isə budur ki, intizamlı olmalısan. Çünki sən idmançısan, nə ilə məşğul olduğunu fərqində olmalısan. Bununla yanaşı, təcrübəli məşqçiyə də ehtiyac var".
16 yaşa qədər 12 nəfər uşaq və yeniyetmələr arasında keçirilən yarışın nəticələrinə əsasən iki nəfər 1 və 2 yerlərə layiq görülüb. İkinci dərəcə uğrunda keçirilən yarışda Rüfət Quliyevin yetirməsi Əli Cəfərsoy iki aylıq ciddi hazırlıqdan sonra qalib gələrək ikinci yerə layiq görülüb.