525.Az

Braziliya Prezidenti Kazanda keçiriləcək BRİKS sammitində iştirak edəcək


 

Braziliya Prezidenti Kazanda keçiriləcək BRİKS sammitində iştirak edəcək<b style="color:red"></b>

Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silva oktyabrda Rusiyanın Kazan şəhərində keçiriləcək BRİKS sammitində iştirak edəcək.

525.az “Report”-a istinadən  xəbər verir ki, bunu Braziliyanın Moskvadakı səfiri Rodriqo de Lima Baena Soares deyib.

“Bəli, o, iclasda iştirak edəcək”, - deyə diplomat qeyd edib.

Sentyabrın 14-də Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, artıq 20-dən çox ölkə lideri BRİKS sammitində iştirakını təsdiqləyib.

 





14.09.2024    çap et  çap et