525.Az

Vitse-prezidentliyə namizəd Trampın prezident olmaq şansını qiymətləndirib


 

Vitse-prezidentliyə namizəd Trampın prezident olmaq şansını qiymətləndirib<b style="color:red"></b>

ABŞ-ın Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizədi Ceyms Devid Vens etiraf edib ki, noyabrda keçiriləcək prezident seçkilərində qalib gəlmək olduqca çətin olacaq.

525.az “Report” a istinadən xəbər verir.

“Şimali Karolinada üstünlük əldə etməsək, bizim (ABŞ prezidentliyinə namizəd Donald Tramp - Qeyd) qalib gəlməyimiz çox çətin olacaq”, - deyə o bildirib.

Bununla belə, Vens Trampın Şimali Karolinada qalib gəlmə şansını “çox yaxşı” kimi qiymətləndirib.

 





15.09.2024    çap et  çap et