525.Az

Kriştianu Ronaldu virusa yoluxub


 

Kriştianu Ronaldu virusa yoluxub<b style="color:red"></b>

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"in hücumçusu Kriştianu Ronaldu virusa yoluxub.

525.az "Report" -a istinadən xəbər verir ki, bu barədə "Əl-Nəsr" klubunun mətbuat xidməti məlumat yayıb.

39 yaşlı ön xətt oyunçusu xəstəlik səbəbindən Asiya Çempionlar Liqasının I turunda İraqın "Əl-Şorta" klubu ilə səfər matçını buraxacaq.

Qeyd edək ki, “Əl-Şorta” – “Əl-Nasr” oyunu sentyabrın 16-da Bağdadda keçiriləcək.

 





15.09.2024    çap et  çap et