525.Az

Qəzza Səhiyyə Nazirliyi: Ölən fələstinlilərin sayı 41,2 minə çatıb


 

Qəzza Səhiyyə Nazirliyi: Ölən fələstinlilərin sayı 41,2 minə çatıb<b style="color:red"></b>

Qəzza zolağında ölənlərin sayı 41 mini ötüb.

525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.

“2023-cü ilin oktyabrından bu yana İsrailin Qəzzadakı əməliyyatları nəticəsində ölənlərin sayı 41 206 nəfərə çatıb, 95 337 nəfər yaralanıb”, – qurum bildirib.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.

 





15.09.2024    çap et  çap et