525.Az

İndoneziyada güclü zəlzələ olub


 

İndoneziyada güclü zəlzələ olub<b style="color:red"></b>

İndoneziyada 5,5 maqnitudalı zəlzələ qeydə alınıb.

525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Qeyd olunur ki, zəlzələnin episentri 172 min insanın yaşadığı Bontanq şəhərindən (Kalimantan adası) 101 km şimal-şərqdə, ocağı 11 km dərinlikdə yerləşib.

Zərərçəkənlər və dağıntılar barədə məlumat verilmir.

Sunami təhlükəsi elan edilməyib.

 





15.09.2024    çap et  çap et