525.Az

Donald Trampa qarşı növbəti sui-qəsd cəhdi olub


 

Donald Trampa qarşı növbəti sui-qəsd cəhdi olub<b style="color:red"></b>

ABŞ-nin Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp yaşadığı ərazidə baş verən atışmadan sonra sağ-salamatdır.

525.az "Report"-a istinadən xəbər verir ki, bu barədə "Reuters" Respublikaçıların təşviqat qərargahının bəyanatına istinadən məlumat yayıb.

Hələlik digər təfərrüatlar açıqlanmır.

Öz növbəsində, Konqresin Nümayəndələr Palatasının üzvü, respublikaçı Marjori Taylor-Qrin “X” sosial şəbəkəsində hadisəni şərh edib: "Tramp başqa bir cəhd cəhdindən sonra salamat. Onu öldürməyə çalışırlar. Onlar Trampa qalib gəlməsinin qarşısını almaq üçün hər şeyi edəcəklər", - o yazıb.

Xatırladaq ki, iyulun 14-də də ABŞ prezidentliyinə namizəd Donald Trampın mitinqi zamanı atəş açılıb. Tramp qulağından yaralanıb.

Qısa müddət sonra eks-prezident kürsüdən uzaqlaşdırılıb.

 





15.09.2024    çap et  çap et