525.Az

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 2.4 dəfə azalıb


 

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 2.4 dəfə azalıb<b style="color:red"></b>

2024-cü ilin ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 12.7% azalaraq 30 milyard 995.42 milyon ABŞ dolları təşkil edib.

525.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Son bir ildə ölkə üzrə ixrac 25.1% azalaraq 18 milyard 231.54 milyon ABŞ dolları, idxal isə 14.5% artaraq 12 milyard 763.88 milyon ABŞ dolları təşkil edib.

Xarici ticarət dövriyyəsinə 5 mlrd. 467.66 milyon dollarlıq müsbət saldo yaransa da, bu, ötən ilin eyni dövrünə nisbətən 2,4 dəfə azdır.

 





16.09.2024    çap et  çap et