Ukrayna və onun müttəfiqləri çox gec olmadan Rusiya ilə sülh əldə etməlidirlər.
525.az xəbər verir ki, bunu ABŞ Konqresinin keçmiş əməkdaşı və geosiyasi analitik Brandon Veyxert deyib.
“Qərb ölkələrindən strateji balansı Ukraynanın xeyrinə dəyişməyəcək əlavə silahlar üçün yalvarmaq əvəzinə, Kiyev və onun Qərb müttəfiqləri çox gec olmadan Moskva ilə sülh əldə etməyə çalışmalıdırlar, - ekspert “Abrams” tankının itkisi ilə bağlı söyləyib.
O vurğulayıb ki, Ukrayna hərbçiləri Qərb silahlarından necə düzgün istifadə etməyi tam başa düşmürlər, buna görə də “Abrams” tankları kimi zirehli texnika növləri döyüş meydanında faydasızdır.
Bundan əvvəl NATO Ukraynadakı münaqişəyə son qoymaq üçün Rusiya Federasiyası ilə dialoqun zəruriliyini bəyan edib.
Pərvanə Sultanova
çap et