İsveçrə Ukraynanın təşkil etdiyi ikinci qlobal sülh sammitinə ev sahibliyi etməyi planlaşdırmır.
525.az xəbər verir ki, bu barədə yerli mediaya ölkənin Xarici İşlər Nazirliyinə istinadən açıqlama yayıb.
"İndiki məqamda İsveçrə ikinci sülh sammitinə hazırlaşmır", - ölkənin xarici siyasət idarəsindən bildirilib.
Bu arada İtaliyanın xarici işlər naziri Antonio Tajani ilin sonuna qədər Ukrayna ilə bağlı ciddi sülh konfransının keçirilə biləcəyinə ümid etdiyini bildirib.
Daha əvvəl prezident Vladimir Zelenski ikinci qlobal sülh sammitini bu ilin sonuna qədər, təxminən noyabrda keçirmək planları barədə danışıb. Onun sözlərinə görə, bu sammitdə Rusiya Federasiyası ilə sülh yolu ilə nizamlanma planı təqdim olunacaq. Zelenski bu tədbiri Hindistanda keçirmək arzusunu da bildirib, çünki bu ölkənin Rusiya ilə dostluq münasibətləri var. Lakin Hindistan hələlik razılıq verməyib.
Pərvanə Sultanova
çap et