525.Az

Pakistan şirkətləri COP29-a dəvət olunub


 

Pakistan şirkətləri COP29-a dəvət olunub<b style="color:red"></b>

Pakistan şirkətləri bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət olunub.

525.az "Report"-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Bakıda keçirilən Azərbaycan-Pakistan Biznes Forumunda bildirib.

"Təbii ehtiyatlar ölkə iqtisadiyyatında mühüm rol oynamağa davam etsə də, Azərbaycan ekoloji davamlılığa sadiq qalır. COP29-a ev sahibliyi etmək Azərbaycanın iqlim dəyişikliyi və davamlılıq üzrə qlobal müzakirələrdə fəal rolunu gücləndirir", - deyə o qeyd edib.

 





16.09.2024    çap et  çap et