525.Az

Çemodanından 60 ilan çıxdı


 

Çemodanından 60 ilan çıxdı<b style="color:red"></b>

İsrailin Ben-Qurion aeroportunda polis işçiləri özünü şübhəli aparan kişinin əşyalarını yoxlamaq qərarına gəliblər.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, yoxlama zamanı Almaniyadan vətəninə qayıdan israillinin çemodanında içərisində onlarla canlı ilan olan bağlama aşkarlanıb.

Qaçaqmalçı dərhal saxlanılıb, 60 ilan isə İsrailin Ətraf Mühitin Mühafizəsi Nazirliyinə təhvil verilib.

Qeyd edək ki, gömrükçülərin hesablamalarına görə canlı yükün bazar qiyməti 2800 dollara yaxındır.

L.Tağıyeva

 





16.09.2024    çap et  çap et